Xətai rayonunda 12 narkotik alverçisi saxlanılıb - FOTO

Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir, narkotiklərin qanunsuz dövriyysi ilə məşğul olan daha 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 12 nəfər tutulub. Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, qalan 8 nəfəri isə onlar üçün narkokuryerlik edən şəxslər olublar.. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

