Polis “Opel” oğurlayan şəxsi saxladı, başqa məsələ üzə çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis “Opel” oğurlayan şəxsi saxladı, başqa məsələ üzə çıxdı

Qafar Ağayev11:52 - 12 / 05 / 2022
Polis “Opel” oğurlayan şəxsi saxladı, başqa məsələ üzə çıxdı

Abşeron Rayon Polis İdarəsinə mayın 11-də saat 1 radələrində Masazır qəsəbəsi ərazisindən Quba rayon sakini P.Əkbərova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İntiqam Məmmədov avtomobillə birgə saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə, həmçinin borclu qismində axtarışda olması müəyyən olunub.

Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş:
369

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər