Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib

Qafar Ağayev15:01 - 13 / 05 / 2022
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan vəfat edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.

Prezident İşlər Nazirliyi bu gündən etibarən ölkədə 40 günlük rəsmi matəm elan olunduğunu və bu prosesdə bayraqların yarıya qədər endiriləcəyini açıqlayıb.

WAM xəbər agentliyinin məlumatına görə, BƏƏ-də nazirliklərdə, federal və yerli qurumlarda, eləcə də özəl sektorda işlər 3 gün müddətinə dayandırılacaq.

Qeyd edək ki, Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ildən dövlət başçısı idi. O, BƏƏ-nin ikinci prezidenti və Əbu-Dabi Əmirliyinin 16-cı lideri olub.

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər