“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir

Qafar Ağayev12:08 - 17 / 05 / 2022
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu” keçirilir

Azərbaycan Ordusunun birləşmə və hissələrində nümunəvi xidməti ilə fərqlənən bir qrup hərbi qulluqçu "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun qəbul imtahanlarına cəlb olunub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Fiziki hazırlıq və nəzəri sınaq imtahanlarında yüksək nəticələr əldə edən namizədlər kursa qəbul olunacaqlar.

Kursu müvəffəqiyyətlə başa vuranlara "kiçik leytenant" hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun zabit vəzifələrində xidmətlərini davam etdirəcəklər.

Paylaş:
288

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər