Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı
Tümenli sahibkar Vladimir Fofanov pianoda Ukraynanın Dövlət Himnini ifa edib və nasist simvollarını təbliğ etməkdə günahlandırılıb.
1news.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Tümendəki Romanovlar sülaləsinin adını daşıyan İmperator sahilində baş verib.
Polisin məlumatına görə, Fofanov Ukrayna millətçiləri və ifrat sağçılarının şüarlarını da səsləndirib.
Məhz buna görə də gənc faşist simvollarının və atributlarının təbliği maddəsi ilə (İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsi) təqsirli bilinərək 14 sutka müddətinə həbs edilib.
Qeyd edək ki, rusiyalının Ukrayna himnini ifa etdiyi videosu internetdə yayılıb. Videoda pianoçu heç bir şüar səsləndirmir.
1news.az
339