Azərbaycan xarici işlər nazirinin müavini İsveçə səfərə gedib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan xarici işlər nazirinin müavini İsveçə səfərə gedib

Qafar Ağayev16:08 - 20 / 05 / 2022
Azərbaycan xarici işlər nazirinin müavini İsveçə səfərə gedib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev 18-19 may 2022-ci il tarixlərində İsveç Krallığına işgüzar səfər edib.

1news.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində İsveç xarici işlər naziri Ann Linde, İsveç Parlamentinin spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünün hər iki paytaxtda silsilə tədbirlərlə birgə qeyd olunmasının önəmi vurğulanıb, ikitərəfli əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib və Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.

İsveç Beynəlxalq Məsələlər İnstitutu, Stokholm Şərqi Avropa Araşdırmaları İnstitutu (SCEEUS) və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda əsas müzakirə mövzusu post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və bu xüsusda beynəlxalq tərəfdaşların oynaya biləcəyi rol ətrafında olub.

Səfər çərçivəsində, Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti və iki ölkənin xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev və Maqnus Nilsonun iştirakı ilə Stokholmun Nobel Mükafatı Muzeyində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.

Paylaş:
296

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər