Hərbi qulluqçular arasında atletika üzrə yarışlar keçirilib - FOTO
Quru Qoşunlarının 2022-ci il hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında atletika üzrə yarışlar keçirilib.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, yarışların açılış mərasimində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirilib.
Qeyd olunub ki, yarışların keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunda hərbi qulluçuların fiziki hazırlıq səviyyələrinin daha da yüksəldilməsidir.
Beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda tərkibi 12 nəfərdən ibarət olmaqla 10 komanda iştirak edib.
Yarışların proqramına əsasən hərbçi idmançılar müxtəlif məsafələrə qaçış, hündürlüyə və uzununa tullanma, eləcə də estafet yarışlarında güclərini sınayıblar.
Yekunda qaliblərə kubok və diplomlar təqdim edilib.