Milli Məclis Müstəqillik Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis Müstəqillik Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik ünvanlayıb

S.Xankişiyeva14:23 - 27 / 05 / 2022
Milli Məclis Müstəqillik Günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik ünvanlayıb

Milli Məclis 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə parlamentin mayın 27-də keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

Qeyd edib ki, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclisin adından təbrik məktubunun göndərilməsi təklif olunub.

Təklif deputatlar tərəfindən alqışlarla qarşılanıb.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər