Deputat: İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir əyani nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir əyani nümunəsidir

22:39 - 29 / 05 / 2022
Deputat: İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir əyani nümunəsidir

“Ölkəmizdə həyata keçirilən humanizm siyasəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirlir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Humanizm siyasətinin ifadəsi olan əfv sərəncamlarının dövlətimizin başçısı tərəfindən imzalanması xeyli sayda insanın ailələrinə sevinc bəxş edir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezidenti İlham Əliyevin 28 May – Müstəqillik Günü ərəfəsində imzaladığı növbəti əfv sərəncamı da humanizm siyasətinin daha bir əyani nümunəsidir. Onun sözlərinə görə, dövlət başçısı ənənəvi olaraq, bayram günləri, bir sıra əlamətdar tarixi günlər öncəsi imzaladığı əfv sərəncamları, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları on minlərlə insanı azadlığa qovuşdurub.

“Mayın 27-də cənab Prezidentin imzaladığı sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. Düşünürəm ki, 28 May – Müstəqillik Günü ərəfəsində dövlət başçısı tərəfindən atılan bu humanist addım cəmiyyətimizdə birlik və həmrəyliyin güclənməsinə böyük töhfə verir, eləcə də yüzlərlə ailəyə sevinc bəxş edir”-deyə, S.Fətəliyeva vurğulayıb.

Paylaş:
325

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər