Azərbaycanda daha 8 nəfər COVID-19-a yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 8 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

16:38 - 31 / 05 / 2022
Azərbaycanda daha 8 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 007 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 2 192, hazırkı dövrədək isə 6 894 477 test aparılıb.

1news.az

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər