Aİ Rusiyanın əsas bankını SWIFT-dən ayırıb | 1news.az | Xəbərlər
Dünya

Aİ Rusiyanın əsas bankını SWIFT-dən ayırıb

09:17 - 31 / 05 / 2022
Aİ Rusiyanın əsas bankını SWIFT-dən ayırıb

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketi çərçivəsində ölkənin əsas maliyyə qurumlarınan olan "Sberbank"ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəlib.

1news.az APA-ya istinadən xəbər verir ki, qərar Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.

"Sanksiyalar paketi Rusiyanın ən böyük bankı olan "Sberbank"ın SWIFT-dən kənarlaşdırılması kimi ciddi tədbiri də nəzərdə tutur" - deyə Aİ Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın 7 bankı SWIFT-dən kənarlaşdırılmışdı.

1news.az

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər