İtalyan dili kursunu bitirən məzunlara sertifikatlar təqdim olunub | 1news.az | Xəbərlər
Siyasət

İtalyan dili kursunu bitirən məzunlara sertifikatlar təqdim olunub

S.Xankişiyeva10:25 - 31 / 05 / 2022
İtalyan dili kursunu bitirən məzunlara sertifikatlar təqdim olunub

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda orta səviyyəli italyan dili kursunun başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, mərasimdə İtaliya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi Ettore Qaqliardi də iştirak edib.

Çıxış edənlər Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində belə kursların əhəmiyyətindən danışıb, məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Paylaş:
403

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər