Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir - FOTO

Qafar Ağayev13:27 - 01 / 06 / 2022
Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir - FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "NATO-da əməliyyatın planlama prosesi" mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, kurs müddətində dinləyicilərə NATO haqqında ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunur.

Həmçinin mövzuya dair fikir mübadiləsi aparılaraq, praktiki qrup çalışmaları yerinə yetirilir.

Paylaş:
300

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər