Ərdoğan İsveç və Finlandiyadakı səfirləri dəyişib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan İsveç və Finlandiyadakı səfirləri dəyişib

16:24 - 02 / 06 / 2022
Ərdoğan İsveç və Finlandiyadakı səfirləri dəyişib

Türkiyənin İsveç və Finlandiyadakı səfirləri dəyişib.

1news.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də yayımlanıb.

Qərara əsasən, Deniz Çakar Finlandiyada, Can Tezel isə İsveçdə səfir təyin edilib.

Ərdoğanın qərarına əsasən, ümumilikdə 25 ölkəyə yeni səfir təyinatı olub.

Xatırladaq ki, Türkiyə Prezidenti İsveç və Finlandiyanın mümkün NATO üzvlüyünə qarşıdır.

1news.az

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər