Mustafa Şentop Azərbaycan-Türkiyəyə birgə Universiteti ilə bağlı danışdı: “Arzu edirəm ki,..” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mustafa Şentop Azərbaycan-Türkiyəyə birgə Universiteti ilə bağlı danışdı: “Arzu edirəm ki,..”

12:07 - 02 / 06 / 2022
Mustafa Şentop Azərbaycan-Türkiyəyə birgə Universiteti ilə bağlı danışdı: “Arzu edirəm ki,..”

"Bu gün bizim ehtiyacımız olan ən böyük şey akademik çalışmalardır".

1news.az xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

Mustafa Şentop qeyd edib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Azərbaycan və Türkiyə arasındakı təhsil sahəsində yeniliklərin başlanğıcı olacaq:

“2021-ci il 15 iyunda Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanan Şuşa Bəyannaməsində də bununla bağlı maddələr var. Artıq sözlərin həyata keçirilməsi vacibdir”.

“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması, hətta gələn təhsil ilində fəaliyyətə başlamasını çox arzu edirəm” - deyə, M.Şentop əlavə edib.

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər