Ağsuda 59 yaşlı qadın itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda 59 yaşlı qadın itkin düşüb

13:52 - 03 / 06 / 2022
Ağsuda 59 yaşlı qadın itkin düşüb

Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Xankişiyeva mayın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, itkin düşən şəxsin boyu 145 sm, orta bədən quruluşlu,gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinin (020)226-27-93 şəhər və 055-820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1news.az

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər