Suriyada avtobusa hücum edilib, 3 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Suriyada avtobusa hücum edilib, 3 nəfər ölüb

09:32 - 03 / 06 / 2022
Suriyada avtobusa hücum edilib, 3 nəfər ölüb

Suriyanın Deyr əz-Zor vilayətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, ən azı 21 nəfər yaralanıb.

1news.az-ın məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.

Məlumata əsasən, Hələbdən Deyr əz-Zora gedən avtobus vilayətin cənubundakı Əl-Şula rayonunda silahlı hücuma məruz qalıb. Ölən və yaralananlar mülki şəxslərdir.

Üç yaralının vəziyyətinin ağır olduğu bildirilib.

1news.az

Paylaş:
322

Son xəbərlər

Bütün xəbərlər