Moskvada biznes mərkəzində güclü yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Moskvada biznes mərkəzində güclü yanğın olub - VİDEO

12:26 - 03 / 06 / 2022
Moskvada biznes mərkəzində güclü yanğın olub - VİDEO

Moskvanın qərbində “Setun Plaza” biznes mərkəzində yanğın baş verib.

1news.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi təcili yardım xidmətinin nümayəndəsinə istinadən yayıb.

Məlumata görə, yanğın Qorbunova küçəsində yerləşən “Setun-Plaza” biznes mərkəzinin birinci mərtəbəsində başlayıb və sürətlə yuxarı mərtəbələrə keçib.

Yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Hələlik xasərət alanlar barədə məlumat yoxdur.

Hazırda insanların təxliyə edildiyi deyilir.

1news.az

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər