Çavuşoğlu: “Azərbaycan qaz məsələsində üzərinə böyük məsuliyyət götürüb” | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: “Azərbaycan qaz məsələsində üzərinə böyük məsuliyyət götürüb”

14:15 - 06 / 06 / 2022
Çavuşoğlu: “Azərbaycan qaz məsələsində üzərinə böyük məsuliyyət götürüb”

Mərkəzi Asiya və Cənubi Qafqazın rifahına dəstək vermək Türkiyənin xarici siyasətinin təməl prinsipidir.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir xatırladıb ki, iyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Nazir onu da diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrinin təbii qaz məsələsində daha az əziyyət çəkməsi üçün Türkiyə səylər göstərməyə çalışır.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan da üzərinə böyük bir məsuliyyət götürüb.

1news.az

Paylaş:
302

Son xəbərlər

Bütün xəbərlər