Dünyada koronavirusdan ölənlərin sayı kəskin azalıb
May ayında dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı təxminən 15,9 milyon nəfər artıb. Bu, aprel ayı ilə müqayisədə üç dəfə azdır, ötən ilin oktyabr ayında qeydə alınan yoluxma sayına isə uyğundur.
Bu barədə Trend "TASS"ın hesablamalarına istinadən xəbər verir.
Eyni zamanda, ölüm halları da ötən ayla müqayisədə üç dəfə azalıb və 2020-ci ilin yazının əvvəlindən bəri ən aşağı səviyyəyə olub. May ayında dünyada təxminən 55 min insan koronavirusdan dünyasını dəyişib.
Ən yüksək yoluxma hallarının sayı
Yoluxma hallarının sayına görə ABŞ birinci yerdədir. Orada 3 milyona yaxın yoluxma halı aşkar edilib. Ölkədə yoluxma səviyyəsi ötən ayla müqayisədə iki dəfə artaraq fevral ayı səviyyəsinə çatıb.
Almaniya ikinci yerdə qalır, burada 1,7 milyondan çox insan mayın 1-dən 31-ə kimi koronavirusa yoluxub. Eyni zamanda, aprel ayında onların sayı təxminən iki dəfə çox idi.
Avstraliya üçüncüdür. Orada yoluxma hallarının sayı təxminən aprel ayı səviyyəsində qalıb - bir ay ərzində ölkədə təxminən 1,7 milyon yoluxma qeydə alınıb.
İlk beşliyə may ayında təxminən 1 milyon insana koronavirus diaqnozu qoyulan Yaponiya və Fransa da daxildir.
Ən yüksək ölüm hallarının sayı
Ən yüksək ölüm səviyyəsi hələ də ayda 9,7 min ölümün qeydə alındığı ABŞ-dadır, lakin bu, aprel ayı ilə müqayisədə 15 faiz daha azdır.
İkinci yerdə 3,2 mindən çox insanın öldüyü Rusiyadır (əvvəlki ayla müqayisədə iki dəfə çoxdur).
Üçüncü yerdə olan Almaniyada aprel ayı ilə müqayisədə ölüm hallarının sayı iki dəfə azalıb.
Aprel ayında ölüm hallarının sayına görə ikinci yerdə olan Cənubi Koreyada ölüm hallarının sayı 4 dəfə azalıb.
1news.az