İranda yenə bina çökdü; yaralılar var | 1news.az | Xəbərlər
Dünya

İranda yenə bina çökdü; yaralılar var

17:50 - 09 / 06 / 2022
İranda yenə bina çökdü; yaralılar var

Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətində Nosud şəhərində 4 mərtəbəli bina çöküb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində indiyədək 7 nəfər yaralanıb.

Xaledi əlavə edib ki, hadisə yerinə 4 ədəd təcili yardım maşını və bir ədəd vertolyot ezam olunub.

Hadisənin səbəbləri araşdırılır.

1news.az

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər