Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

09:17 - 10 / 06 / 2022
Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.

Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən, rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.

1news.az

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər