Britaniya kəşfiyyatı: Mariupolda vəbaya yoluxma halları qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

Britaniya kəşfiyyatı: Mariupolda vəbaya yoluxma halları qeydə alınıb

11:13 - 10 / 06 / 2022
Britaniya kəşfiyyatı: Mariupolda vəbaya yoluxma halları qeydə alınıb

Ukraynanın Mariupol şəhəri növbəti dəfə vəba epidemiyası riski ilə üzləşib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, 1995-ci ildə Ukraynada ciddi vəba epidemiyası olub və həmin vaxtdan bəri Mariupol da daxil olmaqla, xüsusilə də Azov dənizi sahillərində bir neçə dəfə məhdud miqyaslı epidemiyalar müşahidə edilib.

Qeyd olunub ki, Mariupolda hazırda tibbi xidmətlər böhran səviyyəsindədir və genişmiqyaslı vəba epidemiyası bunu daha da şiddətləndirə bilər.

Məlumatda rusiyalıların işğal etdikləri ərazilərdəki əhalinin ən sadə ictimai ehtiyaclarının qarşılanmasında çətinlik çəkdikləri vurğulanıb: “Təmiz içməli suya çıxış qeyri-sabit olub, internet və telefon xidmətlərindəki pozulmalar davam edir. Xersonda tibbi vasitələrlə bağlı kritik həddə qıtlıq yaşandığı ehtimal edilir, Mariupol isə güclü vəba epidemiyası riski ilə üzləşib. May ayından bəri izolyasiya edilmiş şəhərdə bəzi vəbaya yoluxma halları qeydə alınıb”, - Britaniya kəşfiyyatının məlumatında vurğulanıb.

Bildirilib ki, hazırda Severodonetsk uğrunda döyüşlər davam edir. Ruslar şəhərin böyük əksəriyyətinə nəzarəti əlində saxlasa da, şimalda və cənubda geniş ərazilərin mühasirəyə alınması ilə bağlı çox az nəticə əldə edə bilib.

1news.az

Paylaş:
386

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər