Rusiyadan Hindistana aparılan yüklərin Xəzər dənizindən daşınmasına başlanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyadan Hindistana aparılan yüklərin Xəzər dənizindən daşınmasına başlanıb

09:41 - 13 / 06 / 2022
Rusiyadan Hindistana aparılan yüklərin Xəzər dənizindən daşınmasına başlanıb

Rusiyadan Hindistana ilk yükün İrandan tranzitinə başlanılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Həştərxanda yerləşən İran-Rusiya müştərək limanının rəhbəri Daryuş Camali deyib.

O bildirib ki, sözügedən yük çəkisi 41 ton olan iki ədəd 40 futluq taxta laminat konteyneridir.

“Yük sınaq məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınıb və Həştərxan limanına daşındıqdan sonra Xəzər dənizi vasitəsilə İranın Ənzəli Limanına daşınacaq”,- deyə o bildirib.

Onun sözlərinə görə, sözügedən konteynerlər Ənzəli Azad İqtisadi Zonasında yük maşınları ilə Bəndər Abbas limanına, oradan isə konteyner gəmiləri ilə Hindistanın Nəvaşiva limanına daşınacaq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daşınacaq bu yükün 25 gün ərzində Rusiyadan Hindistana çatdırılması nəzərdə tutulub.

1news.az

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər