Abşeronda avtomobil aşıb, 5 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

10:13 - 14 / 06 / 2022
Abşeronda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Goradil qəsəbəsində ağır yol-nəqliyyatı hadisəsi baş verib.

1news.az xəbər verir ki, hadisə Pirşağı-Goradil yolunda qeydə alınıb.

“Lada” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Əhmədov Fəxri Əkbər oğlu sükana nəzarəti itirərək avtomobili aşırıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmmədrza qızı, 1986-ci il təvəllüdlü Rüstəmova Könül Vaqif qızı, 1999-cu il təvəllüdlü Ağayeva Əsubə Mehdi qızı və 1975-ci il təvəllüdlü Əhmədov Mahir Valeh oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər