Samir Şərifov: 2021-ci ilin dövlət büdcəsinin icrası büdcə qanunvericiliyinə uyğun həyata keçirilib
2021-ci ildə ölkə iqtisadiyyatının mənfi məcradan müsbət templə inkişafa qayıdışı təmin olunub. 2021-ci ilin dövlət büdcəsinin icrası büdcə qanunvericiliyinə uyğun həyata keçirilib.
1news.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iyunun 17-də keçirilən iclasında 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2021-ci ildə Azərbaycanda iqtisadi artım bərpa edilib, gəlirlər artıb. Həm neft, həm də qeyri-neft gəlirləri əhəmiyyətli dərəcədə artıb. Xarici dövlət borcu azalıb. Büdcə xərclərinin sosialyönümlülüyü qorunub. Səhiyyə xərcləri nəzərdə tutulandan daha artıq icra olunub ki, bu da pandemiya ilə bağlıdır. İşğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar ilk olaraq ötən il büdcədən vəsait ayrılmasına və icrasına başlanılıb.