Azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrılacaq

Qafar Ağayev11:35 - 20 / 06 / 2022
Azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrılacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılır.

1news.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər