Gömrük generalı Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrük generalı Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib

Qafar Ağayev09:08 - 23 / 06 / 2022
Gömrük generalı Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

1news.az-ın məlumatına görə, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 min manatdan çox rüşvət aldığı bildirilir.

Paylaş:
1141

Son xəbərlər

Bütün xəbərlər