Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

15:47 - 27 / 06 / 2022
Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Peruda meymunçiçəyi xəstəliyin ilk yoluxma halı respublikanın paytaxtı Lima şəhərində qeydə alınıb.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat verib.

"Yoluxma halı paytaxtda qeydə alınıb. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, yoluxan şəxs xarici ölkənin vətəndaşıdır.

1news.az

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər