Qubada avtomobil Samur-Abşeron kanalına aşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada avtomobil Samur-Abşeron kanalına aşıb

10:03 - 28 / 06 / 2022
Qubada avtomobil Samur-Abşeron kanalına aşıb

İyunun 27-də saat 22 radələrində Quba rayonunun Hacıhüseynli kəndi ərazisində Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nəticədə sürücü sudan çıxarılıb, onun sərnişini Rəvan Əmirov isə suda boğulub.

1news.az

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər