Maaşının 330 mislini alıb aradan çıxdı
Çilidə bir şirkət səhvən işçisinə 330 misli pul ödəyib və onunla əlaqə kəsilib.
1news.az milli.az-a istinadən bildirir ki, bu barədə Oddity Central məlumat yayıb.
Bir kişinin aylıq əmək haqqı 500 min Çili pesosu (təxminən 550 dollar) idi. Ona ödənilməli olan məbləğ əvəzinə 165,4 milyon Çili pesosu (təxminən 181 940 dollar) alıb. Çilili səhvi görəndə işəgötürənlə əlaqə saxlayıb, hadisəni xəbər verib və ertəsi gün banka gedib pulu şirkətə qaytaracağına söz verib.
Ancaq bu baş vermədi: adam əlaqə saxlamağı dayandırdı və bundan sonra ümumiyyətlə işəgötürənə istefa məktubu göndərdi. İndi şirkət onu məhkəməyə verəcək və pulları mənimsəməkdə ittiham edəcək.
1news.az
424