Su yalnız həyat vermir və yaxud boğulma halları niyə artır? – ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Su yalnız həyat vermir və yaxud boğulma halları niyə artır? – ARAŞDIRMA

Ayşən İsmayılova13:10 - 01 / 07 / 2022
Su yalnız həyat vermir və yaxud boğulma halları niyə artır? – ARAŞDIRMA

İsti yay günlərində insanların sərinləmək üçün ən çox üz tutduğu yerlərdən biri də çimərliklərdir. Lakin bəzən insanların istirahəti faciəvi şəkildə sonlanır. Xüsusən də son zamanlar suda boğulma və ölüm hallarında ciddi artım müşahidə olunur. Buradan belə nəticəyə gəlmək olar ki, həyat mənbəyi hesab olunan su yalnız həyat vermir, həm də həyat alır, insanların ölümünə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, boğulma dünyada 10 bədbəxt hadisə nəticəsində ölüm hallarına görə 3-cü ən geniş yayılmış səbəbdir. Sahillərdən yaşayan kişi və uşaqlar xüsusən, boğulma təhlükəsinə daha çox məruz qalır.

Məsələnin digər qorxulu tərəfi, boğulma halları ilə bağlı aparılan statistikanın heç də bütün ölkələri əhatə etmədiyini ortaya qoyur. Xüsusən də Afrika ölkələrində boğulma halları ilə bağlı statistika ümumiyyətlə aparılmır.

Rəsmi hesabatalar Sakit okeanın Şərq hissəsində boğulma hallarının 1-4 və 5-9 yaş arası qruplarda ölümə ən çox yol açan səbəb olduğunu göstərir.

Boğulma riskinə daxil olan qrupa kişilər başçılıq edir. Kişilər qadınlardan iki dəfə çox boğulurlar. Buna səbəb onların daha çox riski sevməsi, içkili halda dənizə girməsi və s. bağlıdır.

Dəniz sahillərində, balıqçılığın inkişaf etdiyi yerlərdə, açıq su hövzələrinin - çirkab suların, suvarma kanallarının, arx və hovuzların kənarında yaşayan azyaşlılar da risk qrupuna daxildir.

Ən təhlükəli dənizlərə gəlincə, təbii ki, siyahıda ilk növbədə Aralıq dənizinin adın çəkilməlidir. Belə ki, Afrikadan yaxşı həyat arxasınca Avropaya axın edən qanun miqrantlar kütləvi şəkildə bu dənizdə boğulurlar. Cənubi-Çin dənizi, Hind dənizi, Sarı dəniz, Şimal dənizi və Qara dəniz də kütləvi boğulma hallarına görə liderlər sırasındadır.

Ölkəmizdə də bu sahədə vəziyyət elə də ürəkaçan deyil. Hər il onlarla insan suda boğularaq həyatını itirir. Təəssüflə qeyd edirik ki, onların arasında azyaşlı uşaqlar da var.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin saytında çimərlikdə təhlükəsizlik qaydaları ilə bağlı təlimat yerləşdirilib. Lakin, təəssüf ki, bəzi insanlar ya bu qaydalardan xəbərsizdir, ya da bilərəkdən onlara əməl etmək istəmirlər. Bu da sonda arzuolunmaz nəticələrə gətirib çıxardır.

Boğulma hallarının çoxalmağı nə ilə bağlıdır? Boğulmaların əsas səbəbləri nələrdir? İnsanlar çimərliyə gedərkən nələrə diqqət etməlidirlər? Çimərliklərdə insanların təhlükəsizliyi üçün hansı tədbirlər görülməlidir? 1news.az bütün bu sualları təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevə ünvanlayıb.

Ekspert boğulmaların əsas səbəblərindən birinin əlverişsiz hava şəraiti olduğunu qeyd etməklə yanaşı digər səbəbləri də sadalayıb:

“İnsanlar çimərliyə gedən zaman ilk növbədə hava şəraitini nəzərə almalıdırlar. Əlverişsiz hava şəraiti deyərkən havanın yağışlı, dumanlı, küləkli olması nəzərdə tutulur. Təbii ki, bu cür havalarda çimərliyə getmək olmaz. Bundan əlavə insanların özləri ilə kiçikhəcmli qayıqlar, katamaran kimi vasitələri çimərliyə aparmaları yolverilməzdir. Həmçinin çimərlikdə təyin olunmuş hüdudlar var və bu hüdudları keçmək olmaz. Ən əsası isə qeyri-çimərliklər deyilən qadağan olunmuş çimərliklərə deyil, icazə verilən çimərliklərə getmək lazımdır.

Ümumiyyətlə, çimərlik mövsümü başlamamışdan öncə müvafiq qurumlar tərəfindən çimərlik olan ərazilərdə sualtı baxışlar keçirilir. Suyun dibinin relyefi, sualtı axınların olub-olmadığı müəyyən edilir, suyun kimyəvi xassaləri yoxlanılır və bu yoxlamaların nəticələri mənfi olan çimərliklərdə çimmək qadağan edilir. Ona görə də qanunu fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Çünki bu çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri fəaliyyət göstərir”.

Həmçinin ekspert boğulma təhlükəsi ilə üzləşən insanların ən böyük yanlışlarından birinin panikaya düşmək olduğunu vurğulayıb:

“Boğulma halını yaradan səbəblərin 95%-i panikadır. İnsan panikaya düşdükdə əlavə qüvvə sərf edir, belə olduqda isə əzələləri tez yorulur, qolları və ayaqları boşalır. Boğulan insan əllərini yanlara açaraq suyun üzündə qalmaq şərtilə ətrafdakı insanlardan kömək istəməlidir.

Boğulmalarda ən çox gördüyümüz yanlış hərəkətlərdən biri də nəfəs almaq üçün əllərini göyə doğru qaldırmaq və ayaq barmaqlarının ucunu yerə toxundurmağa çalışmaqdır. Lakin bu boğulan insanı suyun üzünə çıxarmır, əksinə suyun dibinə batmasına səbəb olur. Vacib nüanslardan biri də sanki başını yastığa qoyurmuş kimi boynu arxaya etməkdir.

Boğulan birini xilas etməyə gələnlər bilməlidirlər ki, boğulan insana öndən yox, arxadan yaxınlaşmaq lazımdır və başı suyun üstündə qalmaq şərtilə sudan çəkib çıxarmaq lazımdır. Bununla yanaşı, əldə taxta parçası və ya təhlükəsizlik şarı varsa, onu boğulan insana ataraq özünə doğru çəkmək də olar. Çünki boğulan insan o qədər panik vəziyyətində olur ki, suyun üzünə çıxmaq üçün köməyə gələn insanları batırırlar.

Digər vacib məsələlərdən biri də sualtı axınlardır. Axınları adi gözlə görmək mümkündür. Suyun rəngi mavi və ya açıq mavi olduğu halda axın olan hissələr ağ rəngdə olur və tez-tez köpüklər əmələ gəlib batır. Onların eni 3-5 m, uzunluğu isə təxminən 50 m-ə çatır. Axın insanları boğmur, axına qapılan insanlar panikaya düşdüyü üçün boğulurlar. Axından çıxmaq üçün panikaya düşmədən maksimum suyun üzündə qalmağa çalışmaq və 5-6 m sağa-ola üzmək lazımdır”.

E.Nurəliyev çimərliklərə nəzarət edən qurumların görməli olduğu tədbirlərdən də danışıb. Onun sözlərinə görə, çimərliklər hansı qurumun balansındadırsa, həmin qurumlar təhlükəsiz şərait yaratmağa borcludurlar:

“Ümumiyyətlə, təhlükəsizlik qaydalarına görə, sahil boyu hər 100 m məsafədə bir xilasedici olmalıdır. Çimərlik mövsümü başlayandan öncə əraziyə lazımi baxışlar keçirilməlidir.

Bundan əlavə çimərlik ərazisində hər 500 m² sahəyə bir zibil qabı, hər 75 nəfərə isə bir sanitar qovşaq düşməlidir və sanitar qovşaqlar hər gün dezinfeksiya edilməlidir. Rəsmi statistikaya görə, dövlət qurumlarının nəzarət etdiyi yerlərdə vəziyyət yaxşıdır və heç bir boğulma halı qeydə alınmayıb. Çünki onların xilasetmə xidməti əməkdaşları və həkim briqadaları var.

Elə yararsız çimərliklər var ki, xəbardarlıq olunduğu halda insanlar yenə həmin çimərliklərə gedirlər. Bu cür yerlərə heç olmasa bir nəzarətçi qoymaq lazımdır. Bundan əlavə, hazırda xilasetmə xidmətinin əməkdaşlarının qaydalara məhəl qoymayanlara inzibati sanksiya tətbiq etmək səlahiyyəti yoxdur. Xilasedicilərə müəyyən səlahiyyətlər verilməlidir ki, qaydalara riayət etməyən insanlara qarşı lazımi tədbirlər görə bilsinlər. Yəni məsələyə kompleks yanaşmaq lazımdır. Bununla bağlı ümumi tədbirlər planı olmalıdır”.

Ayşən İsmayılova

Paylaş:
1039

Son xəbərlər

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!02 / 12 / 2024, 21:00Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir02 / 12 / 2024, 20:53Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər02 / 12 / 2024, 17:51Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var02 / 12 / 2024, 17:46MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək02 / 12 / 2024, 17:30Astarada axtarılan yeniyetmənin meyiti tapılıb02 / 12 / 2024, 17:23Şuşanın tanınmış Mehmandarovlar nəslinin görkəmli xadimləri02 / 12 / 2024, 17:04Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB02 / 12 / 2024, 16:55Bakıda hərbçi qəfil vəfat etdi02 / 12 / 2024, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır02 / 12 / 2024, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdi02 / 12 / 2024, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb02 / 12 / 2024, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb02 / 12 / 2024, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib02 / 12 / 2024, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandı02 / 12 / 2024, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır02 / 12 / 2024, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib02 / 12 / 2024, 14:36RİNN haqqında əsasnamə dəyişib02 / 12 / 2024, 14:30Daha bir məktəbdə yanğın olub02 / 12 / 2024, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak oldu02 / 12 / 2024, 13:54
Bütün xəbərlər