Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

14:41 - 02 / 07 / 2022
Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

1news.az-ın komitəyə istinadən verdiyi məlumata görə, daxil olmuş əməliyyat məlumatına əsasən Istanbul-Bakı aviareysi ilə gələn 3 Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Yoxlama otağına dəvət olunan vətəndaşlardan birinin üzərində şəxsi yoxlama zamanı sol ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml” və sağ ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml”, həmçinin belindəki karsetin altından gizlədilmiş şəkildə “İrontu 100 mg/5 ml”, “Gemtu 1000 mg/10 ml”, “Docetu 80 mg/4 ml” markalı olmaqla, ümumilikdə 85 ədəd dərman preparatları aşkar edilib.

Bundan sonra onunla birgə daha iki şəxsin eyni üsulla, bellərində olan karsetin içərisində gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən “Gemtu 1000 mg/10 ml”, “İrontu 100 mg/5 ml” və “Docetu 80 mg/4 ml” markalı olmaqla 130 ədəd dərman preparatı aşkarlanıb. Ümumilikdə, 3 nəfər şəxsin ölkə ərazisinə qanunsuz yolla gətirmək istədiyi dərman preparatlarının sayının 215 ədəd olduğu müəyyənləşib.

1news.az

Paylaş:
358

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər