Almaniya Rusiya qazına qarşı termos qurur - FOTO
Ukraynaya hücumlarından sonra Rusiyadan təbii qaz təchizatı azalan Almaniya qışda evləri qızdırmaq üçün nəhəng termos qurur.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,Almaniya İqtisadiyyat naziri Robert Habeck ölkəni çətin qışın gözlədiyini açıqladığı üçün narahatlıqlar artıb.
Vattenfall adlı elektrik şirkəti Rusiya qazından asılılığını azaltmaq üçün nəhəng termos istehsalına başlayıb. Berlində tikilən qüllənin 45 metr hündürlüyündə olacağı və 56 milyon litr su tuta biləcəyi bildirilir. 52 milyon dollara başa gələn yeni qurğu Almaniyadakı günəş və külək stansiyalarının elektrik enerjisindən istifadə edərək suyu qaynama nöqtəsinə yaxın tutacaq. “Nəhəng termos” funksiyasını yerinə yetirən obyekt Berlinin isti su ehtiyacının 10 faizini ödəyə biləcək.