Yaponiya Rusiya və Belarusdan olan şəxslərə və təşkilatlara sanksiya tətbiq edib | 1news.az | Xəbərlər
Dünya

Yaponiya Rusiya və Belarusdan olan şəxslərə və təşkilatlara sanksiya tətbiq edib

15:47 - 05 / 07 / 2022
Yaponiya Rusiya və Belarusdan olan şəxslərə və təşkilatlara sanksiya tətbiq edib

Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya və Belarusdan olan daha 90 şəxs və təşkilata qarşı sanksiya tətbiq edib.

1news.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Yaponiya Maliyyə Nazirliyinin saytında dərc olunmuş hesabatda deyilir.

Yeni sanksiya siyahısına Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, xalq artisti Sergey Rolduqin, həmçinin “Severstal” “PJSC” və “PJSC Power Machines”-in direktorlar şurasının sədri Aleksey Mordaşovun qohumları daxildir.

Həmçinin Yaponiya hökuməti sentyabrın 5-dən Rusiyadan qızıl idxalına və mühasibat uçotu, audit, konsaltinq xidmətlərinin göstərilməsinə qadağa qoyub.

Qızıl idxalına qoyulan qadağanın təfərrüatları ictimaiyyətə sonradan açıqlanacaq.

1news.az

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər