İranın Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana gedir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, admiral Əli Şamxani Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rəsmi dəvəti ilə sabah, iyulun 7-də Ermənistana səfər edəcək.
1news.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Məlumata görə, səfərdə Şamxani erməni həmkarı ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək və ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Ermənistandan sonra admiral Şamxani Qafqaz bölgəsinin bəzi digər ölkələrinə də səfər edəcək.
1news.az
355