İndoneziyada G20 zirvə görüşü başlayıb
İndoneziyanın Bali adasında Böyük İyirmiliyin (G20) zirvə görüşü başlayıb.
1news.az xəbər verir ki, tədbirdə ABŞ-ın Dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir. Bu, Ukrayna münaqişəsi başlayandan Lavrov və Blinkenin ilk görüşüdür.
Ukrayna böhranı, qlobal iqtisadi və siyasi vəziyyət görüşün əsas müzakirə mövzularıdır.
Tədbiri giriş sözü ilə açan İndoneziyanın xarici işlər naziri Retno Marsudi Ukraynadakı müharibəyə son qoymağa çağırıb: “Bizim vəzifəmiz müharibəni tezliklə başa çatdırmaq, mübahisələri isə döyüş meydanında deyil, masa arxasında həll etməkdir” – deyə xanım diplomat bildirib.
1news.az
533