Anakonda balıqçıya hücum çəkdi - VİDEO
Braziliyanın Qoyas ştatında suyun altında gizlənən anakonda yaxtanın sərnişinlərinin gözü qarşısında tullanaraq balıqçını dişləyib.
1news.az milli.az-a istinadən bildirir ki, NDTV nəşrinin diqqətini çəkən hadisə videoya çəkilib.
38 yaşlı balıqçılıq turu bələdçisi Joao Severino Araquaya çayında yaxtada balıq tutmaq üçün bir qrup turistə rəhbərlik edib. Adam suyun altında qıvrılan bir anakonda görüb. O, sürünənləri yaxtanın sərnişinlərinə göstərmək üçün onu lentə almaq qərarına gəlib.
20 saniyəlik videoda iki gövdə arasında qıvrılmış bir anakonda göstərilir. Severino kameranı sürünənə fokusladıqda, o, ani sıçrayış edərək sudan tullanır ki, bu da yaxtanın göyərtəsində olan hər kəsi qorxudur. İlan bələdçini dişləyir. Ekrandan kənarda Severinonun əsəbi şəkildə güldüyü eşidilir.
Hücumdan sonra sürünən sürətlə uzaqlaşaraq yaxtanın heyətini şokda qoyub. Severinonun çəkdiyi video sosial mediada yayılıb.
Anakondaların uzunluğu doqquz metrə qədər böyüyür və çəkisi 249 kiloqrama çatır. Boa ailəsindən olan sürünən dünyanın ən böyük ilanı hesab olunur. Bu ilanların dişiləri erkəklərdən xeyli böyükdür.
Bir qayda olaraq, anakondalar Amazon hövzəsinin tropik cəngəlliklərində bataqlıqlarda və yavaş axan çaylarda yaşayır. Quruda olduqca yavaş olurlar, lakin suda sürətlə hərəkət edə bilirlər. Anakondalar vəhşi donuzları, maralları, quşları, tısbağaları və hətta yaquarları ovlayır.
1news.az