Gürcüstanda 4,8 maqnitudalı zəlzələ oldu | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda 4,8 maqnitudalı zəlzələ oldu

10:53 - 11 / 07 / 2022
Gürcüstanda 4,8 maqnitudalı zəlzələ oldu

Gürcüstanda 4,8 maqnitudalı zəlzələ baş verib.

1news.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub. Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.

Bu gün səhər saatlarında Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ baş verib. Yerli vaxtla 09:18-də və 09:48-də baş verən hər iki zəlzələ 3,1 bal gücündə olub.

Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.

1news.az

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər