Azərbaycanda Aİ-95 markalı benzininin qiyməti dəyişib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda Aİ-95 markalı benzininin qiyməti dəyişib

Qafar Ağayev09:00 - 13 / 07 / 2022
Azərbaycanda Aİ-95 markalı benzininin qiyməti dəyişib

Azərbaycanda Aİ-95 premium markalı benzinin qiyməti bahalaşıb.

1news.az-a məlumatına görə, premium markalı Aİ-95 markalı benzinin qiyməti 0,4 manat bahalaşıb. Beləliklə, bu məhsulun yeni qiyməti iki manat olacaq.

Benzinin qiymətinin artmasına səbəb dünya bazarlarında qiymət artımı olub. Aİ-95 premium markalı benzin bizdə istehsal olunmur, xaricdən gətirilir.

2021-ci ilin sentyabrından dünya bazarında neftin qiyməti təxminən 65 faiz bahalaşsa da, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sabit qalıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin sentyabrından Türkiyədə Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən isə 93,2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən bu markalı benzinin qiyməti Rusiyada 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə 51,7 faiz artıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da premium benzinin qiyməti 2021-ci ilin sentyabrından bəri 57,7 faiz artaraq bir litr üçün 1,33 dollara çatıb. Bu, ölkə tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayına Avropanın neft istehsalçıları - Norveç və Böyük Britaniyadan Aİ-95 markalı benzinin satış qiyməti müvafiq olaraq 22,7 və 25,3 faiz artıb.

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Digər markalı benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır. Eyni zamanda, Aİ-95 markalı benzinin qiymətinin bahalaşması ölkədə malların dəyərinə təsir etməyəcək, çünki daşıyıcılar dizel yanacağı və Aİ-92 markalı benzindən istifadə edir. İctimai nəqliyyat, yükdaşıyan maşınlar, şəxsi avtomobillər, müxtəlif xidmət növləri üzrə avtomobillər yerli benzinlə doldurulur. Aİ-95 benzinindən ölkədə dəfələrlə az olan bahalı avtomobillər istifadə edir.

Paylaş:
547

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər