Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyib
Xəbər verildiyi kimi, iyulun 19-da Rusiya prezidenti Vladimir Putinlə İranın dini rəhbəri Əli Xaməneyi arasında görüş baş tutub.
1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, görüş zamanı Əli Xaməneyi Rusiyanın Ukraynaya hücumundan məmnunluğunu ifadə edib.
"Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız, qarşı tərəf buna təşəbbüs göstərib müharibə başladacaqdı"-deyə, Xaməneyi bildirib.
O, Rusiya prezidenti ilə görüşdə Ukraynaya hücumu yenidən "xüsusi əməliyyat" və "Ukrayna münaqişəsi" adlandırıb.
Bununla yanaşı, İranın ali liderinin Ərdoğanla görüşünün əksinə olaraq, Vladimir Putinlə xüsusi və mehriban salamlaşması diqqət cəlb edib.
1news.az
544