Zelenski Odessa Limanında -“Biz Ukrayna taxılını ixrac etməyə hazırıq” - FOTO | 1news.az | Xəbərlər
Dünya

Zelenski Odessa Limanında -“Biz Ukrayna taxılını ixrac etməyə hazırıq” - FOTO

Qafar Ağayev14:42 - 29 / 07 / 2022
Zelenski Odessa Limanında -“Biz Ukrayna taxılını ixrac etməyə hazırıq” - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski taxıl daşınması prosesinə nəzarət üçün Odessa limanına gəlib.

1news.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Facebook" hesabında bildirilib.

"Biz Ukrayna taxılını ixrac etməyə hazırıq, tərəfdaşlarımızdan daşımaların başlanması ilə bağlı siqnallar gözləyirik. Qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalmaq bizim üçün vacibdir. Kimsə Qara dənizi bağlayaraq başqa xalqların canını alarkən biz onların xilası üçün çalışırıq", - Zelenski bildirib.

Qeyd edək ki, Zelenski ilə yanaşı limana G7 ölkələrinin səfirləri də gəlib.

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər