MİQ üzrə test imtahanlarının nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MİQ üzrə test imtahanlarının nəticələri açıqlanıb

16:49 - 29 / 07 / 2022
MİQ üzrə test imtahanlarının nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 14-22 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.

1news.az

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər