Ukrayna taxılını daşıyan gəmi bu gün yola düşüb | 1news.az | Xəbərlər
Dünya

Ukrayna taxılını daşıyan gəmi bu gün yola düşüb

Qafar Ağayev10:19 - 01 / 08 / 2022
Ukrayna taxılını daşıyan gəmi bu gün yola düşüb

Ukrayna taxılını daşıyan ilk gəmi bu gün ölkənin Odessa limanından yola düşüb.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.

Xatırladaq ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər