Azərbaycan növbəti medalları təmin edib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan növbəti medalları təmin edib

14:07 - 10 / 08 / 2022
Azərbaycan növbəti medalları təmin edib

V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova uğurla çıxış edərək yarımfinala yüksəlib.

1news.az xəbər verir ki, komandamızın üzvü (67 kq) yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qazaxıstanlı Feruza Yergeşovaya qalib gəlib. O, bununla da özünə minimum bürünc medalı təmin edib.

Qeyd edək ki, taekvondo üzrə komandamızın üzvləri Patimat Abakarova (49 kq) və Cavad Ağayev (68 kq) də yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, bunadək Azərbaycan komandasının üzvləri - atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal əldə ediblər.

1news.az

Paylaş:
493

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər