İslamiada: Azərbaycan güləşçiləri daha yeddi medal qazanıblar
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Ömərov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
1news.az "Report"a istinadən bildirir ki, 79 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Mehir Koşkinbayevi 10:4 hesabı ilə məğlub edib.
Qadın güləşçimiz Gözəl Zutova isə qızıl medal qazanmağın sevincini yaşayıb.
72 kq-da yer alan idmançı həlledici qarşılaşmada türkiyəli Buse Çavuşoğlu ilə üz-üzə gəlib.
Görüş cəmi 45 saniyə davam edib. Tam üstünlüklə qələbə qazanan yerli idmançı İslamiadanın qalibi olub. Zutova isə gümüş medalla kifayətlənib.
Sərbəst güləşçimiz Osman Nurmaqomedov isə bürünc medal qazanıb.
92 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Abdimanap Baigenjeyevi tam üstünlüklə məğlub edib.
Beləliklə, Azərbaycan təmsilçiləri güləş yarışlarının 2-ci günündə ümumilikdə 7 medal əldə ediblər. Leyla Qurbanova (53 kq) qızıl, Gözəl Zutova (72 kq) və İslam Bazarqanov (61 kq) gümüş, Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Tatyana Omelçenko (62 kq) isə bürünc medala sahib çıxıblar.
1news.az