Azərbaycan gimnastları İslamiadada finala vəsiqə qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan gimnastları İslamiadada finala vəsiqə qazanıb

16:07 - 13 / 08 / 2022
Azərbaycan gimnastları İslamiadada finala vəsiqə qazanıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.

1news.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıblar.

M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıb.

Qeyd edək ki, aerobika gimnastikası üzrə final mərhələsi avqustun 14-də olacaq.

1news.az

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər