Zelenski Ərdoğanla görüşündən danışdı: Bu, Türkiyə və Ukraynanı gücləndirəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlama verib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Zelenski Ərdoğana minnətdar olduğunu bildirib.
“Bu gün Türkiyə prezidenti Ərdoğanla bir çox məsələlərlə bağlı geniş danışıqlarım oldu”
Dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə ona minnətdaram. Görüşümüzdə müharibədən sonra ölkəmizin yenidən qurulmasından danışdıq Xarkov və ətrafını himayə altına almağa könüllü olmasına görə minnəttaram”
Türkiyə ilə Ukrayna arasında infrastruktur tikintisi ilə bağlı müqavilələrin imzalandığını bildirən Zelenski, “Sazişlərin həyata keçirilməsi Türkiyə və Ukraynanı gücləndirəcək. Mən bu danışıqlara və dəstəyə görə minnətdaram”.