Avşar Gürdal: “Azərbaycanda elektron ticarətin payı iki dəfə artaraq 9 faizdən 30 faizə yüksəlib”
"Biz Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq".
1news.az xəbər verir ki, bu barədə "MasterCard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.
"Ona görə də bizim bütün layihə və planlarımız Rəqəmsal və Nağdsız Gələcək üçün infrastrukturun yaradılmasına xidmət edir. Pandemiya dövrü başlayandan bu yana ölkədə bir sıra layihələr həyata keçiririk ki, bu da nağdsız ödənişlərin sayının artmasına və nəticədə istifadəçilər arasında məlumat və inam səviyyəsinin yüksəlməsinə səbəb olub. “Nağdsız Azərbaycan” proqramı işə salınandan bəri Azərbaycanda ödəniş kartlarının sayı iki dəfə artıb. Daxili alışın həcmi 2,6 milyard manatdan 11 milyard manata, elektron ticarətin payı isə iki dəfə artaraq 9 faizdən 30 faizə yüksəlib. Bu artım tempi 4 il ərzində e-ticarət həcmlərinin 10 dəfədən çox artması deməkdir" - deyə, o bildirib.