“Qarabağ” mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək

Qafar Ağayev09:10 - 24 / 08 / 2022
“Qarabağ” mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Dusan Arena"da oynanılan matçda "Viktoriya"nın start heyətində Yindrjix Stanek, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Tomaş Xori, Con Moskera, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel və Libor Holik yer alıblar.

Ağdam təmsilçisinin heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov çıxıblar.

Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi matçda ilk hissə “Qarabağ”ın üstünlüyü ilə başa çatıb. Matçın 38-ci dəqiqəsində “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib – 1:0.

İkinci hissəyə meydan sahibləri daha fəal başlayıblar. Oyunun 58-ci dəqiqəsində Yan Kopits, 73-cü dəqiqəsində isə Yan Klimentin vurduğu qollar Plzen təmsilçisini hesabda önə keçirib. Beləliklə, görüş “Viktoriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu turnirdə mübarizəni dayandırıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Paylaş:
1034

Son xəbərlər

İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilibBu gün, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olubBu gün, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşübBu gün, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEOBu gün, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdüBu gün, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındıBu gün, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıbBu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:10Ermənistanın Müdafiə Nazirliyinin yalanı üzə çıxdı, “əsir götürülüb” deyilən hərbçi tapıldıBu gün, 12:38Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıbBu gün, 12:24Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”Bu gün, 12:00Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTOBu gün, 11:31Satıcı marketdən 10 min manatlıq oğurluq etdiBu gün, 11:07Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blu Rezidens-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 11:00Ağcabədidə yol qəzası olub - ölən varBu gün, 10:51Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıbBu gün, 10:40Ötən gün ölkə ərazisində qeydə alınan 37 cinayətin üstü açılıbBu gün, 10:13Ötən gün ABŞ dövlət katibi İlham Əliyevə zəng edib - Tam mətnBu gün, 09:46Ucarda ot bağlamaları yanıbBu gün, 09:24Laçın-Xankəndi yolunda keçirilən aksiya 101 gündür davam edirBu gün, 09:15
Bütün xəbərlər

Next TV